Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bağçaya qəbul da elektron qaydada olacaq

Bağçaya qəbul da elektron qaydada olacaq

Tarix: 23 Dekabr 2021 23:18

"Birinci sinfə qəbul, məktəbəqədər təhsilə qəbul, o cümlədən, şagird yerdəyişməsi ilə bağlı elektron sistemlər mövcuddur. İnandığım budur ki, bunu qısa müddətdə məktəbəqədər təhsilə də tətbiq etmək mümkündür".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev İTV-yə müsahibəsində deyib.

"İkinci məsələ tərbiyəçilərin işə qəbulu məsələsidir. Burada da müəllimlərin işə qəbulu mexanizminə bənzər mexanizmin olması vacibdir. Düşünürəm ki, növbəti ildən başlayaraq bu mexanizmləri tətbiq edə biləcəyik.

O cümlədən, məktəbəqədər təhsil müəssisələrinin rəhbər şəxslərinin müsabiqə əsasında işə qəbulu olduqca vacib məsələdir", - nazir qeyd edib.

Milli.Az


Etiketlər:  Bağçaya qəbul da elektron qaydada olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ