Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 939-a çatıb

Ermənistanda koronavirusdan ölənlərin sayı 7 939-a çatıb

Tarix: 24 Dekabr 2021 17:42

Ermənistanda son sutkada daha 135 nəfərdə COVID-19 aşkarlanıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 344 261-ə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 3 nəfər artaraq 7 939-a yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1 496 nəfərdir. İndiyədək 329 983 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 4 843 aktiv koronavirus xəstəsi var.


Etiketlər:  Ermənistanda koronavirusdan ölənlərin sayı çatıb


RƏYLƏR