Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəşad Sadıqovdan püşk açıqlaması

Rəşad Sadıqovdan püşk açıqlaması

Tarix: 30 Avqust 2019 16:20

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin püşkatması ilə bağlı fikirlərini açıqlayıb.

Qol.az xəbər verir ki, püşkün nəticəsinə görə, Ağdam klubu A qrupunda  “Sevilya” (İspaniya), APOEL (Kipr) və “Düdelanj”a (Lüksemburq) rəqib olub.

Rəşad Sadıqov “Qarabağ”ın rəsmi saytına açıqlamasında deyib: "Ümumi götürsək, maraqlı qrupa düşdük. Klublara ayrı-ayrı baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq. Aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi və onlar növbəti mərhələyə yüksəldi. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında isə son dəqiqələrə qədər məğlub olurduq və sonda bərabərlik qolunu vurmuşduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

 


Etiketlər:  Rəşad Sadıqovdan püşk açıqlaması


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ