Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu il 2800 sahibkarın obyektinə elektik sayğacı qoyulub

Bu il 2800 sahibkarın obyektinə elektik sayğacı qoyulub

Tarix: 30 Avqust 2019 16:54

Bakı. Samir Əli - Trend:

2019-cu ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların 2800-nin obyektinə elektik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

Bu barədə Trend-ə açıqlamaslnda "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, ötən ilin 7 ayı ərzində 949 sahibkarın obyektinə elektrik enerjisi verilib:

"Bu artımın əsas səbəbi heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarə olunması sisteminin “Elektron hökumət” portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb".

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  2800 sahibkarın obyektinə elektik sayğacı qoyulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ