Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 16:32
2021-ci ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya, müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əhaliyə 5,43 mlrd. manat vəsait ödənilib.
Nazirlikdən verilən məlumata görə, bu da ötən ilin eyni dövründə müvafiq istiqamət üzrə ödənilən vəsaitə nisbətən 3,2% və ya 167 mln. manat çoxdur.