Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2021 21:26
Britaniya polisi Vindzor qəsri ərazisinə daxil olmuş silahlı şəxsi saxlayıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Kraliça II Elizabet ailəsi ilə Milad bayramını qeyd edərkən baş verib.
Kanalın xəbərinə görə, polis 19 yaşlı silahlı şəxsi qəsrin ərazisinə daxil olduqdan sonra saxlayıb. Polisdəki mənbənin bildirdiyinə görə hadisə saat 8.30 radələrində baş verib. Gənc oğlan mühafizə olunan əraziyə silahla girmək ittihamı ilə saxlanılıb. Lakin o, qəsrin ərazisindəki binalara daxil ola bilməyib.
"Kraliçanın ailəsi hadisə ilə bağlı məlumatlandırılıb. Gəncin hərəkəti ciddi ictimai təhülkə törətmir" deyə, polisin açıqlamasında qeyd olunur.