Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 14:08
Naməlum şəxslər İordan çayının qərb sahilində İsrail hərbi postunu atəşə tutub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, Nablus bölgəsində (İordan çayının qərb sahilində) hərbi postu atəşə tutmağa cəhd ediblər.
Atəş Nablus istiqamətindən hərəkət edən avtomobildən açılıb.
Ordunun mətbuat xidməti qeyd edir ki, yaralılar barədə məlumat yoxdur.
Ərazidə onlarla mərmi gilizləri tapılıb, şübhəlilərin axtarışı davam edir.