Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 14:54
"Çelsi" qış transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirməyi planlaşdırır.
Sonxeber.net Qol.az-a istinadən xəbər verir ki, "zadəganlar" "Monako"nun futbolçusu Orelyen Tçuamenini almaq niyyətindədir. Paytaxt təmsilçisi yanvarda 21 yaşlı orta sahə oyunçusunun transferini rəsmiləşdirmək istəyir. Rəhbərlik onu alsa belə, mövsümün sonuna qədər "Monako"da çıxış etməsinə icazə verəcək.
Qeyd edək ki, Orelyen Tçuameni bu mövsüm Liqa 1-də 18 oyunda 1 qol vurub və 1 qolun ötürməsini verib.