Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qoxu hissi itən insanlara tövsiyə: Belə edin

Qoxu hissi itən insanlara tövsiyə: Belə edin

Tarix: 26 Dekabr 2021 15:00

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa koronavirus infeksiyasına yoluxma zamanı qoxu itkisini ev şəraitində bərpa etmək üçün tövsiyələr verib.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, o, qoxu hiss etməyən insanın burnuna kəskin iyli ətirlərin yaxınlaşdırılıb iylədilməsi lazım gəldiyini bildirib.

Vəfa Pənahian Mustafa vurğulayıb ki, əgər bu da effekt vermirsə, onda ən təsirli olan üsul, yəni naşatır spirti istifadə olunur:

"İnsanlar bəzən qoxu hissinin itməsi ilə üzləşəndə təşvişə düşürlər. Bu halda bəziləri panikaya düşərək qoxubilmənin pozulmasının dərəcəsini müəyyən etmək məqsədilə tərkibində spirt olan məhlulları normadan artıq istifadə edirlər, bu da burnun kapilyarlarının zədələnməsinə səbəb ola bilər. Belə vəziyyətdə tövsiyəm odur ki, qoxu reseptorlarını oyatmaq üçün tərkibi müalicəvi otlar olan "Composor 16" və "Sinusol" spreylərindən, ya da el arasında "Vyetnam mazı" adlanan müalicəvi maye balzamdan istifadə etsinlər".

Nazirliyin mütəxəssis-eksperti bildirib ki, ABŞ alimlərinin apardığı elmi-tibbi tədqiqatların nəticəsinə əsasən, qoxu hissi itən insanlara qoxu məşqləri tövsiyə olunur:

"Qoxu məşqləri burun reseptorlarını məşq etməyə və siqnalları oyatmağa kömək edir. Əgər dadbilmə ilə iybilmə funksiyası birlikdə pozulursa, onda burada selikli epitel qişasında, qoxu reseptorlarında zədələnmə mövcuddur. Bu vəziyyətdə bir aylıq vitamin-mineral kompleksinin qəbulu təyin edilə bilər".

Milli.Az


Etiketlər:  Qoxu hissi itən insanlara tövsiyə Belə edin


RƏYLƏR