Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2021 15:15
Mütəxəssislər ər zaman xanımlara baxım üçün asan vasitələr təqdim edir. Bunun isə ən xeyirli yolu evdə olan ərzaq və tərəvəzlərdir.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, mətbəxinizdə olan 3 vasitə ilə dərinizi daim təravətli saxlaya bilərsiniz.
Onlardan biri qırmızı üzümdür. Bir ovuc üzümü əzib içərisinə buğda unu tökün. Üzünüzə çəkib, 10 dəqiqə saxlayın. Dərinizə parlaqlıq verəcək və elastikliyi artıracaq.
Qırılan dırnaqlar üçün limon köməyinizə gələcək. Yarım limonun suyunu sıxıb, qalan yarımı da doğrağıb 2 stəkan suya tökün. Dırnağınızı suda 10 dəqiqə saxlayın. Həm dırnaq bərkiyəcək, həm də ucları aaracaq.
Gilas dəri üçün ən yaxşı antioksidantdır. Gilası yedikdən sonra tumunu atmayın, onu qurudub saxlayın. Həmin tumu əzib üzünüzə maska hazırlayın. Üzünüzə çəkib 5 dəqiqə saxlayın. Dərinizə parlaqlıq və elastiklik verəcək.