Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cinayətkar Santa Klausla fotosu sayəsində ələ keçib

Cinayətkar Santa Klausla fotosu sayəsində ələ keçib

Tarix: 27 Dekabr 2021 11:36

Amerika polisi Texasda 29 yaşlı Almonzo Paulu saxlayıb. Qaçaq cinayətkar Santa Klausla fotosu sayəsində yaxalanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Baton Ruj şəhərindəki ticarət mərkəzində Almonzo Paul və dostu Yeni ilin simvolu ilə şəkil çəkdiriblər. Bu zaman dostlardan biri tapança və bir bağlama dollarla poza verib.

Bir neçə istifadəçi şübhəli silahlı şəxslər barədə polisə məlumat verib. Təhlükəsizlik əməkdaşları fotonu yoxlayıb və məlum olub ki, həmin şəxslərdən biri əvvəllər axtarışa verilib. Cinayətkar saxlanılıb. Onun silah və pul nümayiş etdirən dostu barədə isə məlumat yoxdur.

Milli.Az


Etiketlər:  Cinayətkar Santa Klausla fotosu sayəsində ələ keçib


RƏYLƏR