Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Dekabr 2021 19:00
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 100 ABŞ dollarından aşağı düşüb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 27 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 064 dollar təşkil edib. Günün əvvəlindən azalma 18%-ə bərabər olub.
Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.