Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Avqust 2019 23:52
Bakı. Cani Babayeva - Trend:
Bu gün Milli Gimnastika Arenasında Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatının "böyüklər" və "yeniyetmələ" yaş kateqoriyalarında qalibləri və mükafatçılarının mükafatlandırma mərasimi keçirilib.
Trend-in məlumatına görə, "böyüklər" yaş kateqoriyasında çoxnövlü fərdi mübarizədə (halqa, top, gürzlər və lentlə hərəkətlər) birinci yeri Zöhrə Ağamirova (85.950 bal), ikinci yeri Veronika Qudis (74.150 bal), üçüncü yeri isə Yelizaveta Luzan (71.600 bal) tutublar. Hər üç gimnast “Ocaq Sport” Klubunun təmsilçiləridir.
"Yeniyetmələr" yaş kateqoriyasında çoxnövlü fərdi mübarizədə (ip, top, gürzlər və lentlə hərəkətlər) birinci yeri Alina Gğzəlova (52.800 bal), ikinci yeri Nigar Usubova (50.650 bal), üçüncü yeri isə Leyli Ağazadə (50.400 bal) tutublar. A.Gözəlova və N.Usubova "Ocaq Sport" klubunu, Leyli Ağazadə isə Sumaqıt şəhərini təmsil ediblər.
Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına start verilib.
Yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.
Turnirin birinci günündə 2009-2011-ci il təvəllüdlü gimnastlar alətsiz, top və gürzlərlə yarışlarda güclərini sınayırlar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin