Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maradonanın futbolçu qardaşı vəfat edib

Maradonanın futbolçu qardaşı vəfat edib

Tarix: 29 Dekabr 2021 09:52

Əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın qardaşı Uqo Ernan Maradona vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 53 yaşlı Uqo Ernan Maradona İtaliyada, Neapol əyalətində yerləşən şəxsi evində dünyasını dəyişib.

İlkin versiyaya görə, U.Maradona ürək dayanması nəticəsində ölüb.

Uqo Ernan Maradona da qardaşı kimi futbolçu olub.

Qeyd olunur ki, o, yarımmüdafiəçi kimi karyerasında Cənubi Amerika, Avropa klublarında və Argentina millisinin gənclərdən ibarət yığmasında forma geyinib.

Milli.Az


Etiketlər:  Maradonanın futbolçu qardaşı vəfat edib


RƏYLƏR