Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2021 16:40
Şairə Nazilə Səfərlinin açıqlaması diqqət çəkib.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, "Söz Baz" verilişinə danışan N.Səfərli deyib:
"İnsan var, ona yaxta alsan da, boşluğu dolmaz. Elə insan da var ki, bir tək qızıgül versən, xoşbəxt olar. Bizə qapıya gələn dostun düşmənin qarşısına çıxmağa ürəyin, ciyərin lazım olduğunu valideynlərimiz öyrədib. Axı niyə dalaşırsan? Uddun yaxud uduzdun, nə qazandın?".
Şairə həyata keçirdiyi işlərini planlamadığını söyləyib:
"Ayda 20 min də, 100 manat da qazansam, olduğum kimiyəm. Məni heç kəs dilənən görməsin, inşallah. Bəzi adamlar dik qaməti başqa amildə görürlər. Mənim dik qamətim budur, vəssalam".