Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur müğənni 16 və 15 yaşlı oğulları ilə - VİDEO

Məşhur müğənni 16 və 15 yaşlı oğulları ilə - VİDEO

Tarix: 29 Dekabr 2021 18:50

Müğənni Britni Spirs atası Ceymsin qəyyumluğundan ayrıldıqdan sonra şəxsi həyatında dəyişiklik etməyə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı keçmiş həyat yoldaşı Kevin Federlayndan olan övladları 16 yaşlı Şon və 15 yaşlı Ceydenlə olan nadir görüntülərini yayıb.

40 yaşlı Britni övladları və nişanlısı Sam Asgari ilə birgə Los-Ancelesdəki interaktiv incəsənət mərkəzində əylənib.

Qeyd edək ki, Britninin oğulları ataları ilə yaşayır. Ulduzdan boşandıqdan sonra Federlayn onların üzərində qəyyumluq alıb, buna səbəb Spirsin psixoloji problemlərinin olması olub.

Milli.Az


Etiketlər:  Məşhur müğənni yaşlı oğulları ilə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ