Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 16:38
Süd vəzi xərçəngindən əziyyət çəkən aktrisa Canan Ergüder kimyaterapiyadan sonra sağaldığını açıqlayıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, saçlarını itirən sənətçi yaşadığı çətin günlərdən danışıb. "İndi hər şey yaxşıdır, amma altı ay sonra nə olacaq bilmirəm" deyə, Ergüder söyləyib.
"Saçlarımı itirən zaman özümü bu qədər saçlarıma görə sevdiyimi bilmirdim. İlk parik sınağında başa yapışdırılanlardan aldım. Başıma yaxınlaşdırılanda nəfəs ala bilmirdim. Panik atak yaşadım. Keçəl halımı heç görmədim. Üzümə pərdə çəkdilər və mən güzgüyə baxmadım. Mənim üçün çətin an idi. Bir həftə sonra parik baxımına gedəndə gördüm. Başımın formasını çox bəyəndim, bu qədərini gözləmirdim" deyə, o, əlavə edib.