Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2021 17:36
Uzun müddətdir ekranlardan uzaq düşən aktrisa Özge Gürelin daha bir layihədə yer alacağı bəlli olub.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Savrulan zaman" filmi ilə ekranda görünəcək. Onun hansı obrazı canlandıracağı hələlik açıqlanmayıb.
Ekran işinin rejissor kürsüsündə isə Selim Evcin əyləşəcək. Qeyd edək ki, bundan başqa Özge dekabrın 25-də "beIN connect" dijital platformasında yayımlanacaq "Hayaller ve hayatlar" serialının heyətində də yer alacaq.