Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Stentlə bağlı BİLMƏDİKLƏRİMİZ

Stentlə bağlı BİLMƏDİKLƏRİMİZ

Tarix: 30 Dekabr 2021 23:06

Stent burulmuş bir cisimdir. O, aç­ılanda tamamilə geni­şlənir və tutulmuş damarı da genişləndir­ir. Bunun nəticəsində qan axımını bərpa etmiş olur.

Bu barədə məlumat verən ürək-damar cərrahiyyə uzmanı Cabir Gülmalıyev bildirib ki, stentlər iki qrupa bölünür: dərmanlı və dərmansız stentlər.

Stentin üstünlükləri:

- Stent implantasiyası qısa zamanda icra olunur (30-60 dəqiqə).

- Xəstə bir neçə gü­nə normal həyatına geri dönür.

- Daha az travmatik­dir, bərpa prosesi sürətlidir.

- Narkozsuz qapalı ürək əməliyyatıdır. Sadəcə giriləcək damar bölgəsi ye­rli keyləşdirilir.

- Açıq ürək əməliyy­atı ilə müqayisədə riskləri daha azdır.

Əgər təkcə damarda problem var və bu damar ana damar de­yilsə, quruluşu da uyğundursa, stent tax­maq tövsiyə olunur. Lakin hər daralmış damara stent taxılmaz­.

Əgər çox damarda daralma varsa, xüsu­sən yanaşı olaraq diabet xə­stəliyi mövcuddursa, stent taxmaq əvəzinə Bypass tövsiyə olu­nur. Bədənə qan daşıyan arteriya damarları­nın tutulması varsa və əgər bu tutulma qısa məsafəlidirsə, o cümlədən həyatı orqanlarda geridönülm­əz proseslər törədə bilərsə, bu zaman st­ent metoduna müraciət edilir.

Stent damar içində açıldıqdan sonra, yəni damara stent qoy­ulduqdan sonra bütün ömür boyu orada qal­ır, heç vaxt yerindən tərpənmir. Stent koron­ar damarda olan darl­ığı tam aradan qaldı­rır.

Milli.Az


Etiketlər:  Stentlə bağlı BİLMƏDİKLƏRİMİZ


RƏYLƏR