Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2021 21:56
"NATO yanvarın 12-də keçiriləcək NATO Şurası - Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırdır".
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq bildirib.
"Mən ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə Rusiyanın Ukrayna ətrafındakı hərbi gücünün deeskalasiyasını müzakirə etdim. NATO vahid cəbhədə çıxış edir. Biz yanvarın 12-də keçiriləcək NATO Şurası - Rusiya iclası çərçivəsində Rusiya ilə dialoqa hazırıq", deyə Baş katib "Twitter" hesabında yazıb.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında təhlükəsizliklə bağlı danışıqlar yanvarın 10-da Cenevrədə başlayacaq. Ardınca, məsələ yanvarın 12-də NATO Şurası - Rusiya iclası çərçivəsində Brüsseldə, bir gün sonra isə Vyanada müzakirə ediləcək.