Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2019 22:52
Bakı. Trend:
Bu gün Ermənistanın Gümrü şəhərinin zibilxanasında əlləri və ayaqları bağlı təxminən iki yaşlı uşaq cəsədi tapılıb.
Trend-in məlumatına görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən bildirilib.
Məlumata əsasən, əraziyə gələn əməliyyat qrupu qolları və ayaqları yapışqanlı lentlə bağlanmış 1,5-2 yaşlı körpənin cəsədini tapıb.
Qeyd edilir ki, hüquq-mühafizə orqanları uşağın şəxsiyyətini müəyyənləşdirmək üçün tədbirlər görür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin