Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 15:46
ABŞ-Türkiyə münasibətləri baxımından Vaşinqtonun üç hədəfi var.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Cümhuriyyət" qəzetinin yazarı Mehmet Əli Güllər "ABŞ-ın Türkiyə siyasəti və üç hədəfi" adlı məqaləsində bildirib.
"Birincisi, ABŞ Türkiyə-Rusiya əməkdaşlığının inkişafına, ikincisi, Türkiyə-Rusiya-İran Astana platformasının institutlaşmasına, üçüncüsü isə Türkiyə və Suriyanın normallaşmasına mane olmağa çalışır.
ABŞ üçün Türkiyə-Rusiya əməkdaşlığının inkişafı Ukrayna və Qara dəniz strategiyasının, Türkiyə-Rusiya-İran əməkdaşlığının institutlaşması Yaxın Şərq, Qafqaz və Orta Asiya planlarının, Türkiyə-Suriya münasibətlərinin normallaşması da PYD dövlət hədəfinin qarşısındakı kritik maneələrdir.
Buna görə də ABŞ bu üç münasibəti pozmağa yönəlmiş siyasi təxribat həyata keçirir", - məqalədə bildirilib.