Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda iki uşaq atasının cinayəti: 13 yaşlı qızı evə apardı, “evlənəcəyəm” dedi - Ətraflı

Bakıda iki uşaq atasının cinayəti: 13 yaşlı qızı evə apardı, “evlənəcəyəm” dedi - Ətraflı

Tarix: 4 Yanvar 2022 18:38

Bakıda 32 yaşlı şəxs yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu ittihamda təqsirləndirilən Mövsüm (ad şərtidir) həmin əməli 13 yaşlı Dianaya (şərtidir) qarşı həyata keçirib.

Diana anası ilə mübahisə etdikdən sonra evdən qaçıb, dayanacaqda oturan zaman Mövsüm idarə etdiyi avtomobillə ona yaxınlaşıb. Nə olduğunu soruşub, Diana da başına gələnləri danışıb.

Diananın anası ilə əlaqə saxladıqdan sonra qızı ailəsinə təhvil verib.

Bir müddət sonra Diana yenidən evdən qaçıb, xalasıgilə getmək istəyib. Lakin xalasıgilin evini tapmayanda əvvəlcədən nömrəsini götürdüyü Mövsümə zəng edib.

Mövsüm gəlib onu götürərək dostunun evinə aparıb. Bu zaman o, Dianaya qarşı seksual xarakterli hərəkətlər edib. Diana da buna etiraz etməyib. Mövsüm Diananı aldadaraq yalandan boşandığını və onunla evlənəcəyini bildirib. 

Anası qızını axtarışa verdiyindən polis həmin evə gəlib və qızı anasına təhvil verib.

Bundan sonra Mövsüm istintaqa cəlb edilib. Mövsüm ifadəsində əməlindən peşman olduğunu bildirib, iki azyaşlı övladının olmasının nəzərə alınmasını xahiş edib.

Məhkəmənin hökmü ilə Mövsüm Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) təqsirli bilinib.

O, 2 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.


Etiketlər:  Bakıda uşaq atasının cinayəti yaşlı qızı evə apardı evlənəcəyəm dedi Ətraflı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ