Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2022 22:18
Lyublyana Universiteti (Sloveniya) alimləri məişət texnikasını mikroblara görə yoxladıqda dəhşətə gəliblər.
Məlum olub ki, paltaryuyan və qabyuyan maşınlarında çoxlu sayda ziyanlı mikroblar və göbələklər yaşayır.
Alimlər xəbərdarlıq edir ki, bu mikrob və göbələklər sağlam insanlara ziyan vurmasa da immun sistemi zəif olanlar, xroniki xəstəliklərdən əziyyət çəkənlər, uşaq və yaşlı insanlarda infeksion xəstəliklərinə səbəb ola bilər.
Saglamolun.az xarici KİV-lərə istinadən xəbər verir ki, paltaryuyan və qabyuyan maşınlarında istifadə olunan yuyucu vasitələr bütün mikrobları öldürmür, onların bir hissəsi maşınların nəm hissələridə məskan salır və sürətlə çoxalmağa başlayır.
Bu səbəbdən paltar və ya qabyuyan maşın işi bitirdikdən sonra bütün nəm hissələri qurulamaq, qapılarını açmaq lazımdır ki, maşının içi tam qurusun.
Vaxtaşırı olaraq maşınları doldurmadan (boş) ən yüksək temperaturda işlətmək lazımdır.
Otaqda paltar və ya qabyuyan maşın işlədikdə havaçəkəni yandırmağı unutmayın.