Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

Bakıda əri tərəfindən döyülən qadının 5 qabırğası sınıb

Tarix: 5 Yanvar 2022 09:36

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

Sonxeber.net "Report"a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.

Polis hadisənin təfərrüatını araşdırır.


Etiketlər:  Bakıda əri tərəfindən döyülən qadının qabırğası sınıb


RƏYLƏR