Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vurğun Antonu vurdu – Qalmaqal+Şəkillər

Vurğun Antonu vurdu –  Qalmaqal+Şəkillər

Tarix: 1 Sentyabr 2019 21:24

Azərbaycan Premyer Liqasının 3-cü turunda bu gün keçirilən “Neftçi” – “Sumqayıt” (2:1) matçında xoşagəlməz hal yaşanıb.

Qol.az xəbər verir ki, matçın son dəqiqələrində -“Neftçi”nin 2-ci qolundan sonra qonaqların kapitanı Vurğun Hüseynovla  “ağ-qaralar”ın oyunçusu  Anton Krivotsyuk arasında qalmaqal yaşanıb.  Krivotsyuk qoldan sonra Hüseynova qarşı qeyri-etik jest edib. Vurğun isə gənc müdafiəçini vurub.

Görüşün baş hakimi Səbuhi Bayramov Krivotsyuku ikinci sarı, Hüseynovu isə birbaşa qırmızı vərəqə ilə meydandan qovub.

Bundan başqa, qalmaqal zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovla “Neftçi”nin məşqçisi Etibar Tarıverdiyev arasında da mübahisə düşüb. Hakim Tarıverdiyevə sarı vərəqə göstərib.


 










Səhifənin yuxarısına keçidYuxarı

 


Etiketlər:  Vurğun Antonu vurdu QalmaqalŞəkillər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ