Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2022 20:56
Qazaxıstan Daxili İşlər Nazirliyi onların silahı yerə qoymaq tələblərinə müqavimət göstərənlərin məhv ediləcəyini açıqlayıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan"a DİN-dəki mənbə bildirib.
"Silahların yerə qoyulması ilə bağlı qanuni tələblərə silahlı müqavimət göstərildiyi halda, onlar (iğtişaşların iştirakçıları - red.) məhv edilir", - agentliyin məlumatında deyilir.
Qeyd olunur ki, Qazaxıstanın vilayətlərində polis və Milli Qvardiya dəstələrinin patrul xidməti gücləndirilib, nəzarət-buraxılış məntəqələri yaradılıb, hüquq-mühafizə orqanlarını pozan şəxslər və cinayətkarlar müəyyən edilərək saxlanılır.