Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bir sual, bir cavab – Hər zob xəstəliyində cərrahi əməliyyat göstərişdirmi?

Bir sual, bir cavab – Hər zob xəstəliyində cərrahi əməliyyat göstərişdirmi?

Tarix: 6 Yanvar 2022 22:36

Bütün tiroid düyünlərinin sadəcə 5%-i xərçəng növündəndir. Bu səbəbdən hər zob xəstəliyi zamanı cərrahi müdaxilə tətbiq olunmamaqdadır.

Cərrahi əməliyyata gəldikdə isə iynə bioposiyasında xərçəng və ya xərçəngə şübhə yarandıqda, xərçəng olduğu təsdiqlənməmiş düyünlərin ölçülərinin gedərək böyüməsi və onların tənginəfəslik, boğulma kimi şikayətlərlə özünü büruzə verdikdə və düyünlərin həddindən artıq hormon ifraz edərək hipertiroid vəziyyəti (zəhərli zob) yaratdığı hallarda gərəklidir.

Bir çox tiroid düyünləri hər hansı bir əlamət göstərmirlər. Böyük ölçülü düyünlər adətən həkim tərəfindən fiziki müayinə zamanı müəyyənləşdirilir və ya pasiyent özü aynaya baxdığı zaman boğazında yumru şişkinlik sezə bilir. Düyünlərin böyük bir hissəsi isə müayinə zamanı əllə hiss olunmur ki, bu cür düyünlər də ultrasəs müayinəsi zamanı təsadüfən qeydə alınır.

Düyünlərin ölçüsü yetəri qədər böyük olarsa, göstərdiyi təzyiqə bağlı olaraq udmada çətinliklər, boğazda qıcıqlanma və nəfəs darlığı kimi şikayətlər verə bilirlər. Çox nadir hallarda kistik düyünlərdə kist daxilində qanama baş verərsə, bu hal ani şişkinliyə və boynun ön hissəsində ağrıya səbəb ola bilir.


Etiketlər:  sual cavab Hər xəstəliyində cərrahi əməliyyat göstərişdirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ