Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Seren Serengilin sonuncu əməliyyatı nəticə verdi? - FOTOlar

Seren Serengilin sonuncu əməliyyatı nəticə verdi? - FOTOlar

Tarix: 7 Yanvar 2022 15:24

"Dumping" sindromundan (mədədə yeməyin qalmaması) əziyyət çəkən türkiyəli aparıcı Seren Serengilin keçirdiyi axırıncı əməliyyatdan sonra səhhəti ilə bağlı açıqlama verib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aparıcı ötən gün Nişantaşında sevgilisi Mustafa Rahman Tohma ilə gəzərkən görüntülənib. O, əməliyyatdan sonra artıq çəki almağa başladığını bildirib:

"Ölümdən döndüm, çox çətin günlər keçirdim. Bu gün çəkimi ölçdüm və 1,5 kiloqram kökəlmişəm. Bu, mənim üçün çox yaxşı addımdır. Hətta indi küçələrdə gəzməyim belə möcüzədir. Kabab belə yedim.

Artıq huşumu itirmirəm. Bundan sonra mənim üçün çəkimin fərqi yoxdur, səhhətim qayıtsın, qalanı boşdur. Çəkim ən azı 55 kiloqram olsa, sevinərəm. Bütün gözəllər xoşbəxtdir deyə bir şey yoxdur. Təəssüf ki, hər zaman gözəl görünmək üçün bu cür səhvlər buraxırıq".

Cütlüyün evliliyi ilə bağlı sualla Mustafa "Tək daş üzük alsam, bu evlilik olacaq. Serenin varlı və ya lüks hədiyyələrlə işi yoxdur" - deyə, cavab verib.


Etiketlər:  Seren Serengilin sonuncu əməliyyatı nəticə verdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ