Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Omicron necə yaranıb? - Çin mütəxəssislərindən iddia

Omicron necə yaranıb? - Çin mütəxəssislərindən iddia

Tarix: 8 Yanvar 2022 10:38

Çin Elmlər Akademiyasının alimləri bildiriblər ki, Omicron ştamının siçanlardan əmələ gəldiyini iddia ediblər.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Journal of Genetics and Genomics" nəşri məlumat yayıb.

Mütəxəssislərin fikrincə, gəmiricilər koronavirusa ilkin olaraq insanlardan yoluxublar. Daha sonra virus heyvanlarda mutasiya etməyə başlayıb və bu, COVID-19-un yeni variantının ortaya çıxmasına səbəb olub.

Qeyd edək ki, daha əvvəl Rusiya Elmlər Akademiyasının akademiki, mikrobioloq Vitali Zverev Omicron ştamının koronavirusa qarşı immun çatışmazlığı olan insan orqanizminə daxil olmasından sonra yarana biləcəyini ehtimal etmişdi. O, koronavirus infeksiyasının siçandan insana keçməsi nəticəsində "omikron"un əmələ gəlməsi haqda fikirləri qəbul etmədiyini vurğulayıb.

Milli.Az


Etiketlər:  Omicron necə yaranıb Çin mütəxəssislərindən iddia


RƏYLƏR