Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Yanvar 2022 18:50
Tanınmış müğənni Damla bu gün Gəncədə yerləşən N saylı hərbi hissədə olub.
Sonxeber.net Olay-a istinadən xəbər verir ki, əsgərlərlə görüşən sənətçi onlar üçün konsert proqramı ilə çıxış edib. Damla hərbçilərlə birgə rəqs edib, əylənib.
Həmçinin, əsgərlər müğənni ilə birgə onun "Bu yaxınlarda" mahnısını birgə ifa ediblər.
Damla sözügedən kadrları instaqram hesabında paylaşıb.