Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Yanvar 2022 04:45
"Azərbaycanda 4 minə yaxın hemodializ xəstələri var".
Sonxeber.net xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının direktoru Fariz Babayev xroniki böyrək çatışmazlığı mövzusunda danışarkən deyib.
Onun sözlərinə görə, böyrək çatışmazlığı xəstələliyindən əziyyət çəkən şəxslər COVID-19-a yoluxanda fəsadlar baş verir: "Vaxtında tədbirlər görüləndə müəyyən fəsadların qarşısını almaq mümkündür. Bu xəstələrdə sağlam insanlara nisbətən daha çox fəsadlar yaranır. Böyrək çatışmazlığı olmayan şəxslərdə isə koronavirusa yoluxma zamanı keçici də olsa, böyrək problemlərinin yaşandığını gördük".