Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Özünə ər axtaran qızı oğlan evində karantinə aldılar

Özünə ər axtaran qızı oğlan evində karantinə aldılar

Tarix: 15 Yanvar 2022 11:24

Çinli qızın başına gələn əhvalat dünya mediasının diqqətindədir. 

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, xalası ər tapmaq üçün yaşı ötən gənc qızı Şenqdu əyalətinə qonaq çağırıb. O, bacısı qızı Vanqa seçim etməsi üçün 10 oğlan göstərəcəkmiş.

İlk 4 namizəd qızın xoşuna gəlməyib.  

Maraqlı hadisə 5-ci oğlanın evində ikən baş verib. Xasiyyətcə bu qaradinməz oğlanın ən sevdiyi iş yemək bişirmək olub. Onların başı mətbəxdə qarışarkən məmurlar gəlib məhəlləni karantinə alıblar və heç kimin evdən çıxmasına icazə verilməyib. Vanq da potensial ərinin evində qalmalı olub. 

"Weibo" sosial şəbəkəsindəki (Çin Feysbuku) hesabında qız bildirib ki, oğlan qaradinməzdir, ancaq yemək bişirmək və ev yığışdırmaqla məşğuldur. Elə əsl axtardığı adamdır. Evlənmək üçün şəhərdə karantinin bitməsini gözləyir.   


Etiketlər:  Özünə axtaran qızı oğlan evində karantinə aldılar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ