Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Yanvar 2022 14:18
"Sevilya" klubundan İspaniya kubokunun "Betis"lə matçında tribunadan atılan plastik çubuğun başına tuş gəldiyi yarımmüdafiəçi Xoan Xordanın durumu barədə məlumat veirlib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirlib ki, hadisədən sonra dərhal xəstəxanaya çatdırılan ispaniyalıda beyin silkələnməsi aşkarlanıb. Futbolçuya kəllə-beyin travması diaqnozu qoyulub və o, evdə müşahidə altındadır.
Qeyd edək ki, İspaniya kubokunun 1/8 final mərhələsinin "Betis" - "Sevilya" oyununda ilk hissədə hesab 1:1 olarkən tribunalardan atılan plastik çubuq Xordanın başına dəyib. Futbolçunun yerə yıxılmasının ardından oyun yarımçıq dayandırılıb.