Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan şahmatçısı Almaniyada keçirilən turnirdə üçüncü yeri tutub

Azərbaycan şahmatçısı Almaniyada keçirilən turnirdə üçüncü yeri tutub

Tarix: 29 Aprel 2019 23:56

Bakı. Trend:

Şahmat üzrə hazırkı dünya çempionu Maqnus Karlsen Almaniyanın Karslue və Baden-Baden şəhərlərində keçirilən "GRENKE Chess Classic" turnirinin qalibi olub.

Trend-in məlumatına görə, həlledici - 9-cu turda M.Karlsen ağ fiqurlarla fransalı Maksim Vaşye-Laqrava qalib gəlib.

Doqquz turun nəticələrinə görə, Maqnus Karlsen (Norveç) 7,5 xal toplayaraq turnirin qalibi olub. ABŞ təmsilçisi Fabiano Karuana 6 bal toplayaraq ikinci, Azərbaycan təmsilçisi Arkadi Naydiç 5 xal toplayaraq üçüncü pillədə qərarlaşıblar.

Digər şahmatçılar turniri aşağıdakı qaydada bitiriblər: Maksim Vaşye-Laqrav (Fransa) - 5 xal, Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan) və Petr Svidler (Rusiya) - 4,5 xal, Fransisko Valyexo (İspaniya) - 4 xal, Georq Mayer (Almaniya) və Vinsent Kaymer (Almaniya) - 2 xal.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycan şahmatçısı Almaniyada keçirilən turnirdə üçüncü yeri tutub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ