Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlılar 17 nəfəri öldürdü, 4 nəfəri kor etdilər - SİBİRDƏ HƏBSLƏR

Azərbaycanlılar 17 nəfəri öldürdü, 4 nəfəri kor etdilər - SİBİRDƏ HƏBSLƏR

Tarix: 18 Yanvar 2022 17:56

Rusiyanın Tümen vilayətinin Lenin rayon məhkəməsi bir qrup azərbaycanlı barəsində həbs-qət imkan tədbiri çıxarıb.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, onlar saxta spirti içkilər istehsal etməkdə və nəticədə 17 nəfərin həyatını itirməsində günahkar bilinirlər.

Məlumata görə, adı gedən cinayətdə Azərbaycan vətəndaşları Əbdürrəhman Əbdürrəhmanov, Məhyəddin Hüseynov, Vüqar Vəliyev, Seymur Mehdiyev, Ədilxan Kərimov, Rövşən Daşdəmirov, Oruc Məmmədov və daha 7 nəfər ittiham olunur. "Rodniki Sibiri" etiketi adı altında istehsal olunan saxta araqlar nəticəsində ölənlərdən başqa onlarla adam da zəhərlənmə diaqnozuyla xəstəxanaya yerləşdirilib. Onlardan 4 nəfərinin vəziyyəti ağırdır. Hətta sağalsalar belə ömürlük kor qalacaqlar.


Etiketlər:  Azərbaycanlılar nəfəri öldürdü nəfəri etdilər SİBİRDƏ HƏBSLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ