Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vilayət Eyvazov işdən çıxardığı generalı yeni yüksək vəzifəyə TƏYİN ETDİ

Vilayət Eyvazov işdən çıxardığı generalı yeni yüksək vəzifəyə TƏYİN ETDİ

Tarix: 19 Yanvar 2022 10:56

Azərbaycanda təqaüdə göndərilən generala yeni vəzifə verilib.

Sonxeber.net Lent.az-a istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, bir neçə gün əvvəl təqaüdə göndərilən polis general-mayoru Səfər Əliyev nazirin müşaviri  təyin edilib.

Qeyd edək ki, bir neçə gün əvvəl polis general-mayoru Səfər Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar Vilayət Eyvazovun əmrilə DİN Katibliyinin rəisi vəzifəsindən azad edilərək təqaüdə göndərilib. Digər əmrlə onun yerinə Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.


Etiketlər:  Vilayət Eyvazov işdən çıxardığı generalı yeni yüksək vəzifəyə TƏYİN ETDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ