Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sankt-Peterburq alimləri hörümçək torundan tibbdə necə istifadə etdilər? - VİDEO

Sankt-Peterburq alimləri hörümçək torundan tibbdə necə istifadə etdilər? - VİDEO

Tarix: 23 Yanvar 2022 15:52

ITMO Universitetində (əvvəlki adı Dəqiq Mexanika və Optika İnstitutu) "Qabaqcıl materiallar və texnologiyaların məhlul kimyası" beynəlxalq laboratoriyasının əməkdaşları innovativ cərrahi sap yaratmaq üçün "Linothele fallax" hörümçək növünün torundan istifadə edirlər.

Təhsil müəssisəsinin mühəndisi və aspirantı Anastasiya Kryuçkovanın sözlərinə görə, alimlər tarantulların sapından yeni hibrid liflər, həmçinin dəyişikliyə məruz qaldıqdan sonra tibbdə istifadə oluna biləcək material əldə edirlər.

Kryuçkova əlavə edib ki, materialın unikal xassələri onun robot texnikası və çevik elektronika sahəsində istifadəsinin mümkünlüyü barədə danışmağa imkan verir. Beləliklə, məsələn, elektrik keçiriciliyinə görə şəbəkə kabellərinin istehsalında kömək edə bilər.

ITMO Universitetinin Kimya və Biologiya üzrə Tədqiqat və Tədris Mərkəzinin rəhbəri, kimya elmləri doktoru Pavel Krivoşapkin müsahibəsində bildirib ki, laboratoriyada "təbii polimerə onlara malik olmayan yeni xüsusiyyətlər verilir.

"Beləliklə, biz lazımi mexaniki möhkəmliyə, elastikliyə və müvafiq olaraq, bu xüsusiyyətlərin kombinasiyasına malik olan yeni materiallar yarada bilərik".

Tarantullar torları dairə şəklində deyil, tor şəklində toxumaq qabiliyyəti ilə tanınır. Bu tip artropodlar quşların, həmçinin kiçik gəmiricilərin, sürünənlərin, balıqların və həşəratların ətini yeyirlər. Bu hörümçəklər Afrika, Cənubi Amerika, Avstraliya, Okeaniya, eləcə də İtaliyanın cənubunda, İspaniya və Portuqaliya ərazisində yaşayır.


Etiketlər:  Sankt Peterburq alimləri hörümçək torundan tibbdə necə istifadə etdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ