Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 14:09
1 fevral saat 19:00-da Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə "BakuOperArt" layihəsi olan "Komm, Hoffnung" (Gəl, ümid!) adlı konsert proqramı təqdim ediləcək.
Bethoven, Şubert və Şumanın əsərlərindən ibarət musiqi gecəsi (Liederabend ) hələ iki il əvvəl dahi alman bəstəkarı Lüdviq Van Bethovenin anadan olmasının 250-ci ildönümü münasibətilə ərsəyə gəlib.
İki istedadlı musiqiçi Fəridə Məmmədova (soprano) və Yuliya Kərimovanın (piano) yaradıcı tandemi düşünülmüş bədii üslub və ciddiliyi baxımından konseptual proqramları ilə diqqəti cəlb edir. Bu dəfə kamera vokal musiqi həvəskarları üçün konsert proqramının böyük hissəsini ilk dəfə Bakıda nümayiş olunacaq əsərlər təşkil edir. Təşkilatçılar Konsertin xüsusi ab-havasını yaradan fotoqalereya təqdim etdiyinə görə professor Selvin Daşdəmirovaya (Almaniya) təşəkkür edir. Konsertə giriş dəvətnamə ilə olacaq.