Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Yanvar 2022 17:40
Avropada təbii qazın 1 000 kubmetrinin qiyməti təxminən 1 000 ABŞ dollarına çatıb.
"APA-Economics"in məlumatına görə, 24 yanvar tarixində hərracların sonunda Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) fevral fyuçerslərinin qiyməti 996,7 dollar səviyyəsində olub, bu da öncəki hesablama qiyməti (922,8 dollara yaxın) ilə müqayisədə 8% çoxdur.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.