Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Meta” dünyanın ən güclü superkompüterini yaratdı - FOTO

“Meta” dünyanın ən güclü superkompüterini yaratdı - FOTO

Tarix: 26 Yanvar 2022 15:52

"Meta" süni intellektlə işləyən "AI Research SuperCluster" (RSC) superkompüterinin yaradılmasını elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə korporasiyanın saytında məlumat verilib.

Şirkətin baş direktoru Mark Zukerberq açıqlamasında "Meta RSC"nin dünyanın ən güclü superkompüterlərindən biri olduğunu bildirib. Korporasiya vəd edib ki, tamamlandıqdan sonra kompüter 2022-ci ilin sonuna qədər öz seqmentində ən güclü olacaq.

Mühəndislərin fikrincə, superkompüter "metakainat" yaratmaq üçün texnologiyaların inkişafına kömək edəcək.

Milli.Az


Etiketlər:  Meta dünyanın ən güclü superkompüterini yaratdı FOTO


RƏYLƏR