Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Yanvar 2022 08:48
7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir.
Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasionu xeyli genişlənir.
Anayam.az 7 aylıq körpənin digər xüsusiyyəti və bacardıqları ilə sizi tanış edir:
- 7 aylıq körpənin çəkisi təxminən 8,2 - 8,9 kq, boyu 66,5 - 68 sm olmalıdır.
- Bu ayda uşağın baş dövrü 45 sm, döş qəfəsi isə 45,8 - 46,6 sm təşkil edir.
- Uzun-uzadı "ma-ma-ma", "ba-ba-ba" eyni üslubları təkrarlayaraq, danışmağa çalışır. Digər səsləri də təqlid etmək, xoşuna gəlir.
- Carpayısından tutaraq, sərbəst ayaqları üstə qalxa və dayana bilər.
- O, sərbəst beli düz şəkildə və ya nəyəsə söykənərək otura bilir.
- Qarın üstə sürüklənir, lakin onda bu, getdikcə daha yaxşı alınır.
- Yemək zamanı, yerində sakit oturmur, vəziyyətini daim dəyişir. Anaya, onunla uyğunlaşmaq düşür.
- Bu dövrdə körpənin dişləri çıxmağa başlayır, balaca yemləmə zamanı ananın sinəsini dişləyə bilər.
- Hər şeydən səsləri öyrənməyə çalışır, məsələn, predmeti döyür, sirkələyir və ya sadəcə musiqi oyuncaqlarla oynayır.
- Uşaq bəzi əşyaların xüsusiyyətlərini artıq bilir. Məsələn, o başa düşür ki, rezin oyuncağı sıxdıqda səs verir. Balaca biliyini hər şeydə istifadə edir və öz hərəkətlərini təhlil etməyə çalışır.
- "Olar" və ya "Olmaz" sözünün mənasını artıq yavaş-yavaş başa düşür.
- Ətrafdakı əşyaları araşdırır, onların dadını bilmək üçün: yalaya, çeynəyə və ya sora bilər. Bu ona, şəxsi təcrübə toplamağa kömək edir.
- O, cəlbedici obyektə qədər dartıla bilir. Əgər ona çatdısa - çox sevinir.
- Öz adına reaksiya verir, adını tanıyır.
- Həmçinin körpə böyüklərin diqqətini, üzərinə çəkməyi yoxlayır.
- Ondan soruşulan predmeti baxışı ilə axtara bilir. O, ağzı, burnu, gözünün və s. harda olmasını göstərə bilər.
- Bir çox 7 aylıq balacalarda diş çıxımı başayır. Bu zaman anaları yuxusuz gecələr, körpənin hədsiz şıltaq olması, iştahsızlıq gözləyə bilər. Burada yalnız bir şeyi məsləhət görmək olar: Səbr edin, tezliklə hər şey düzələcək. Körpəyə, simptomları yüngülləşdirmək üçün xüsusi diş sürtən oyuncaqlardan ala bilərsiniz ki, o damaqlarını qaşıyıraq rahatlansın. Bir dişi olan balacaya çörək, kök verməyin, o, çörəyi bir tikə dişləyərək, boğula bilər.
- Uşaqda nitq qabiliyyəti, fəal şəkildə inkişaf etdirməyə, başlamaq olar. Onunla daha çox ünsiyyət qurun. Ona ətrafında baş verən hər şeyi danışın, onun bütün hərəkətlərini deyin. Körpəyə nağıllar, məzəli və müxtəlif şerlər oxumaq, faydalıdır.
Körpə artıq bir çox əlavə qidaları yeyir. Bir sıra məhsullar var ki, o, onları məmnuniyyətlə yeyir və ya xoşlamadığı məhsullar da var. Burada yadda saxlamaq vacibdir ki, körpəyə heç bir halda, qidanı məcbur vermək olmaz. O yeməkdən zövq alaraq, doymalıdır. Körpənizin şəxsi meyllərinə qarşı səbrli olun.