Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İlon Maskın yanacaqsız qalan raketinin bir hissəsi Aya düşəcək

İlon Maskın yanacaqsız qalan raketinin bir hissəsi Aya düşəcək

Tarix: 27 Yanvar 2022 19:44

Yeddi il öncə kosmosa göndərilmiş "SpaceX" raketinin bir hissəsi beş həftə ərzində Ayın qaranlıq hissəsinə düşəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, 2015-ci il fevralın 11-də Florida ştatındakı Keyp Kanaveral aerodromundan buraxılan "Falcon 9" raketi 340 milyon ABŞ dollar dəyərindəki "Dərin Kosmos İqlim Rəsədxanası" peykini (DSCOVR) kosmosa daşıyıb.

4 ay sonra DSCOVR peyki yerdən 620 min mil (997 793 km) məsafədəki son məntəqəsinə çatıb. Peyk gündəlik olaraq Yerə şəkillər göndərməyə davam edir və günəş qasırğalarını izləyir. Lakin yerə qayıtmaq üçün və ya Yer-Ay sistemindən qaçmaq üçün raketin ikinci mərhələsinin kifayət qədər yanacağı qalmamasından 2015-ci ilin fevralından bəri xaotik orbitlə hərəkət edir.

Hesablamalara görə, raketin hissəsi martın 4-də Ayın qaranlıq səthinə düşəcək və hadisənin Yerə təsiri olmayacaq.


Etiketlər:  İlon Maskın yanacaqsız qalan raketinin hissəsi düşəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ