Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google-in qatlanan ilk telefonu hansı qiymətə satılacaq?

Google-in qatlanan ilk telefonu  hansı qiymətə satılacaq?

Tarix: 27 Yanvar 2022 22:20

Google ilk qatlana bilən smartfon modelini hələ təqdim etməsə də insayderlər onun barəsində məlumatlar verməyə davam edirlər. Belə ki, bu dəfə insayderlər Google şirkətinin qatlana bilən smartfon modelinin qiyməti barəsində məlumatı paylaşıblar. Əgər insayderlərin verdikləri məlumat həqiqətə uyğun olsa, Google şirkətinin qatlana bilən smartfonu hətta Galaxy Z Fold 3-dən də ucuz olacaq. Beləliklə verilmiş məlumata əsasən güman olunan adı Pixel Notepad olan smartfon 1400$-a satılacaq. Bu isə Pixel 6 Pro smartfon modelinin qiymətindən 500$ bahadır.

Qeyd etmək lazımdır ki, hal hazırda Galaxy Z Fold 3 smartfonu 1800$-a, bir neçə müddət bundan öncə təqdim edilmiş Honor Magic V smartfonu isə 1570$-a satılır. Bəzi məlumatlara əsasən Google şirkətinin qatlana bilən smartfon modeli bu ilin sonuna kimi təqdim olunacaq. Sözügedən smartfonun xarici görünüşcə OPPO Find N-ə bənzəyəcəyi güman olunur. Smartfonun hansı prosessor ilə təchiz olunacağına gəldikdə isə çox güman ki, o, Google şirkətinin Tensor adlı fərdi prosessorunu əldə edəcək.

Milli.Az


Etiketlər:  Google in qatlanan ilk telefonu hansı qiymətə satılacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ