Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Diabet və insultun qarşısını alan ən dadlı və ucuz vasitə

Diabet və insultun qarşısını alan ən dadlı və ucuz vasitə

Tarix: 29 Yanvar 2022 05:03

Şərqi İngiltərə Universiteninin alimlərinin apardıqları araşdırmalar nəticəsində məlum olub ki, hər gün bir fincan qaragilə yemək ürək-damar xəstəliklərinin qarşısını ala bilər.

Araşdırmada iştirak edən 150 şəxsə gün ərzində 75-150 qram, digər bir qrupa isə cəmi 50 qram qaragilə verilib.

Nəticələrə əsasən, 75-150 qram qaragilə istifadə edən şəxslərdə qandakı şəkər miqdarı stabilləşib, 50 qram istehlak edənlərdə isə insult riski 15 faizə qədər azalıb.

Ümumiyyətlə qaragilə müalicəvi xüsusiyyətlərinə görə rekord göstəricilərə malik giləmeyvədir.

Onun tərkibində manqanın miqdarı başqa meyvə-tərəvəzlərə nisbətən daha yüksəkdir. Bundan əlavə, onun tərkibində C, B1,B2 vitaminləri, karotin, büzücü maddələr, pektinlər, şəkər, alma, kinə, kəhrəba və süd turşuları vardır.

Bu giləmeyvəni, ilk növbədə avitaminozdan əziyyət çəkənlərə tövsiyə edirlər. Tərkibi təbii antioksidantlarla zəngindir. Onun müntəzəm qəbulu katarakta və qlaukoma xəstəliklərinin profilaktikası üçün əvəzsiz vasitədir.

Qaragilənin insultdan sonra beyinin fəaliyyətinin bərpasına kömək etdiyi sübut olunub.


Etiketlər:  Diabet insultun qarşısını alan dadlı ucuz vasitə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ