Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aİ-92 benzini ilə bağlı qərar verildi

Aİ-92 benzini ilə bağlı qərar verildi

Tarix: 29 Yanvar 2022 17:44

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri"ndə dəyişiklik edib.

Sonxeber.net-ın məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycana gətirilən aviasiya benzinləri istisna olmaqla, tərkibində qurğuşunun miqdarı 0,013 q/l-dən çox olmayan, 95-dən az oktan ədədi ilə mühərrik benzinlərinin 1 tonu üçün aksiz dərəcəsi 200 manatdan 1 manata endirilib.

Qərar 2022-ci il 1 fevral tarixindən tətbiq ediləcək və 2022- ci il 1 iyun tarixinədək qüvvədə olacaq.


Etiketlər:  benzini ilə bağlı qərar verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ