Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fevralın ilk gününün HAVA PROQNOZU

Fevralın ilk gününün HAVA PROQNOZU

Tarix: 31 Yanvar 2022 12:40

Fevralın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən c-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-11° isti, Bakıda gecə 2-4° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütununda 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 3-8° şaxta, yüksək dağlıq ərazilərdə 15°-dək şaxta, gündüz 2-7° isti olacaq.


Etiketlər:  Fevralın gününün HAVA PROQNOZU


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ