Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2022 08:50
Çexiyada ilk dəfə olaraq omicron ştamının BA.2 variantı aşkarlanıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Dövlət Tibb İnstitutu məlumat yayıb.
Bildirilib ki, ardıcıllıqla BA.2-yə yoluxmuş beş hal təsdiqlənib.
Qeyd edək ki, BA.2-nin daha biralt növü də "Skandinaviya" adlanır. Danimarka və İsveçdə üstünlük təşkil edir.
Həkimlərin fikrincə, onun ötürülməsi əvvəllər müəyyən edilmiş omicrondan 1,5 dəfə sürətlidir. Bununla belə, onlar mövcud koronavirus peyvəndlərinin effektivliyinə şübhə etmirlər.