Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus xəstəsi mağazada aşkarlanıb - VİDEO

Koronavirus xəstəsi mağazada aşkarlanıb - VİDEO

Tarix: 2 Fevral 2022 14:16

İsmayıllıda koronavirus xəstəsi mağazada aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a məlumata görə, şəhər sakini Sərdar Hüseynov ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs şəhər ərazisindəki mağazada aşkarlanıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

Digərlərinin də sağlamlığı üçün real təhlükə yaradan S.Hüseynov barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Koronavirus xəstəsi mağazada aşkarlanıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ