Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məzarlardan insan başları oğurlandı - Satanizm əməlləri

Məzarlardan insan başları oğurlandı - Satanizm əməlləri

Tarix: 3 Fevral 2022 12:18

Avstraliyanın Melburn şəhər qəbiristanlıqdakı qəbirlərdən insan başlarının oğurlanması şəhər sakinlərini şoka salıb.

Faktı araşdıran polis etiraf edir ki, bu cinayətin motivlərinin nə olduğunu söyləmək çox çətindir. Polis bu dəhşətli cinayətin mərhumların ailələrini kədərləndirdiyini bildirib.

Sonxeber.net xəbər verir ki, "The Guardian" yazır ki, tabutlardan başqa nəsə götürülüb-götürülmədiyi bəlli deyil. Avstraliyanın Viktoriya əyalətinin polis müfəttişi vəzifəsini icra edən Ben Jarman bildirib ki, birinci oğurluq hadisəsi yanvarın 27-dən 28-nə keçən gecə, ikincisi isə bazar ertəsi axşamdan çərşənbə axşamı səhərə kimi baş verib. Oğurluqlar qəbiristanlığın arxa tərəfindəki qəbirlərdə baş verib və yoldan keçənlər qəbirlərin zədələndiyini görəndə polisə məlumat verilib.

Ben Jarman deyib: "Bu, ailələr üçün çox kədərlidir. Onlar yaxınlarının dinclik içində dincəlməsini gözləyirdilər". Jarman etiraf edib ki, oğurluq və bədən hissələrinin götürülməsindən ibarət olan cinayətin motivləri polisə aydın olmasa da, o, bunun satanizmlə əlaqəli olduğunu istisna etmir. "Bu, qeyri-adi bir cinayət olduğundan, biz cinayətkarı tutub öyrənənə qədər motivin nə olduğunu söyləmək çox çətindir" deyə bəyan edib.

Bəzi əşyalar cinayətkarlar tərəfindən hadisə yerində qalıb. Ben Jarman deyib ki, polis ərazidə patrulları gücləndirəcək və yerli şura qəbiristanlıq rəhbərliyi ilə təhlükəsizliyi yaxşılaşdırmaq, o cümlədən CCTV kameraları quraşdırmaq üçün işləyir.

Anar Əli


Etiketlər:  Məzarlardan insan başları oğurlandı Satanizm əməlləri


RƏYLƏR